USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu informasiyaların KİV-də yerləşdirilməsi qadağan edilir

17.03.2020 İqtisadiyyat
0 0
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməsinə yol verməməlidir.

"Kommersant.az"ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.