USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

May ayında aksizlər üzrə büdcə daxilolması 2,5 dəfə artıb

07.06.2018 İqtisadiyyat
0 0
Bu ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 298 054,8 min manat vergi və rüsum daxil olub.

"Kommerant" xəbər verir ki, bu, 2017-ci ilin may ayı ilə müqayisədə 81 244,88 min manat və yaxud 37,47% çoxdur.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği isə illik müqayisədə 20 246,8 min manat və yaxud 35,02% artaraq 77 457,8 min manata çatıb.

ƏDV üzrə daxilolmaların həcmi 52 037,05 min manat və yaxud 34,71% artaraq 201 948,5 min manat, aksizlər üzrə daxilolmaların həcmi isə 9 254,51 min manat və yaxud 2,5 dəfə artaraq 15 503 min manat, yol vergisi üzrə daxilolmalar isə 306,52 min manat və yaxud 10,8% artaraq 3145,5 min manat təşkil edib.