USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hökumət qurumları 40-a yaxın "Xəzər" avtomobili sifariş verib

08.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan hökumət qurumlarından ümumilikdə 40-a yaxın "Xəzər" avtomobili sifariş verilib.

Bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

E.Axundov bu qurumların adlarını da açıqlayıb: "Xəzər" avtomobillərini sifariş verən qurumlar arasında İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri, Mərkəzi Seçki Komissiyası (MSK) var".

Şirkət rəsmisi, həmçinin ilin sonunacdək avtomat ötürücü qutusuna malik olan avtomobillərin istehsalına başlanacağını da qeyd edib: "İlin sonuna qədər "Peugeout" və digər model avtomobillərin də istehsalına başlanılacaq. Avtomobilləri ilkin 20% ödəniş etməklə 4 illik lizinq şərtləri ilə almaq olar. Bu zaman illik faiz dərəcəsi təxminən 18%-ə bərabər olacaq. Kreditlə almaq istəyənlər isə ilkin ödəniş kimi avtomobilin dəyərinin 50%-ni ödəməlidirlər".

Qeyd edək ki, Neftçala Avtomobil Zavodunda "Xəzər SD" və "Xəzər LD" markalı avtomobillər istehsal olunur. "Xəzər SD" 16 min manat, "Xəzər LD" isə 18 min manata təklif edilir. Zavodun illik istehsal gücü 10 min avtomobildir.

Report