USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fond Birjasında ticarət təxirə salınıb

08.06.2018 İqtisadiyyat
0 0
London Fond Bazarında səhmlərin satışı bir saat təxirə salınıb

"Kommersant" xəbər verir ki, LFB-nin mətbuat katibinin sözlərinə görə, hərracın açılışı qiymətləndirməylə bağlı olaraq keçirilib. London Fond Bazarında səhmlərin alış-satışı hər gün saat 08:00-da başlayır, lakin cümə axşamı açılış saat 09:00-a qədər ləngiyib. Birja yenidən işə başladıqdan sonra, Londonun FTSE-100 (Financial Times Stock Exchange) indeksi əvvəlcə yüksəlib, daha sonra isə göstəricilər enməyə başlayıb. Avropa digər maliyyə bazarları da son aylarda bu problemlə üzləşib.

Keçən ay Fransanın CAC-40 indeksində enmə müşahidə olunub.

Qeyd edək ki, mart ayında Almaniya "Deutsche Boerse" birjasında da səhmlərin satışı texniki səbəblərdən bir saat gecikmişdi.