USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda general istefa verdi - FOTO

10.04.2020 İqtisadiyyat
0 0
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov istefa verib.

"Kommersant.az" "Qafqazinfo"ya istinadən məlumat verir ki, F. Cavadov işləmək istəmədiyini bildirib və öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.

Artıq Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəyə təyinat edib. Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərov Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi təyin olunub.

Ədliyyə Nazirliyindən "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, F. Cavadov eyni zamanda Mərkəzi Seçki Komissiyasının üzvüdür.

  • Əvvəlki

    Deputatlar üçün yeni intizam qaydaları hazırlanır

Digər xəbərlər

15.01.2025 İqtisadiyyat
İtaliyanın dövlət borcu rekord vurub
0 0