USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

13.04.2020 İqtisadiyyat
0 0
Ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq hazırda 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

"Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat edib. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur", - deyə məlumatda bildirilir.

  • Əvvəlki

    Koronavirus bioloji silah kimi istifadə edilib?

Digər xəbərlər