USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı

13.04.2020 İqtisadiyyat
0 0
Baş Dövlət Yol Polisi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən "Kommersant.az"-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12.04.2020-ci il saat 00:00-dan 13.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 503 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16 483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

  • Əvvəlki

    Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

Digər xəbərlər