USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 190 manatı almaq üçün vəzifəli şəxs də müraciət edib

14.04.2020 İqtisadiyyat
0 0
“Birdəfəlik ödəmə almaq üçün bəzi şəxslər təhrif olunmuş məlumatlardan istifadə edir”.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli ATV televiziyasına açıqlamasında bildirib. O qeyd edib ki, maddi vəziyyəti yaxşı olan şəxslər birdəfəlik ödəmə almaq üçün müxtəlif yollara əl atır. Mustafa Abbasbəylinin sözlərinə görə, hətta şöbə müdirinin həyat yoldaşı və digər ailə üzvləri adına birdəfəlik ödəmə almaq üçün müraciət etdiyi üzə çıxıb.

Dövlət rəsmisi bəyan edib ki, belə hadisələr digər ehtiyacı olan insanların hüquqlarını pozur.