USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL-ın sərnişin təyyarəsi Moskvadan Lənkərana ilk uçuşunu yerinə yetirib

08.06.2018 İqtisadiyyat
0 0
İyunun 8-də Moskvanın “Vnukovo” Beynəlxalq Aeroportundan yola düşən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarə Lənkəran hava limanında yerə enib.

"Kommersant" AZƏRTACa istinadən xəbər verir ki, Lənkəran Beynəlxalq Hava Limanında Moskva-Lənkəran-Moskva reysi ilə uçan təyyarənin sərnişinlərinin qarşılanma mərasimi olub.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev təyyarənin heyət üzvlərini salamlayaraq bildirib ki, Azərbaycanın dünya ölkələri və yaxın qonşumuz olan Rusiya ilə dostluq və əməkdaşlıq əlaqələri genişləndikcə sərnişinlərin gediş-gəlişi də çoxalır.

Qeyd olunub ki, 2008-ci ildə Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Lənkəran hava limanından indiyə qədər beynəlxalq xətlər üzrə yalnız Rusiya təyyarələri sərnişin daşıyıblar.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reyslər həyata keçirməyə başlayıb. Lənkəranda yeni hava reysinin açılması sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, cənub bölgəsində turizmin inkişafında əhəmiyyətli rol oynayacaq.