USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda orta aylıq əməkhaqqı açıqlandı

15.04.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manat olmuşdur. Bu barədə Banker.az-a AzStatKom-dan məlumat daxil olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

2020-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107,2 min nəfər və ya 7,0 faiz artaraq 1641,5 min nəfər olmuş, onlardan 911,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 730,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 20,5 faizi təhsil, 18,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

  • Əvvəlki

    Azər Türk Bakdan sahibkarlar üçün daha bir yenilik

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0