“Ukrayna Dəmir Yolları” Səhmdar Cəmiyyəti (Укрзализныця) “Şimal-Cənub” nəqliyyat dəhlizinin və Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında maraqlıdır.
"Kommersant" AZƏRTACa istinadən xəbər verir ki, bu barədə Cəmiyyətin idarə heyəti sədrinin vəzifəsini icra edən Yevgeni Kravtsov bildirib. “Şimal-Cənub” yeni dəhlizi vasitəsilə yüklər Rusiyaya, sonra da Avropaya ötürüldüyü kimi, eləcə də Azərbaycandan Gürcüstana, oradan da Qara dəniz vasitəsilə Avropaya daşınacaq. Yeri gəlmişkən, Ukrayna ikinci variantın inkişafında Çernomorskda bərə keçidindən istifadə olunmaqla maraqlıdır”, - deyə Y.Kravtsov qeyd edib.
Bu dəhlizlə yanaşı, “Укрзализныця”, həmçinin yükləri Çindən Qazaxıstana, sonra Xəzər dənizindən keçməklə Azərbaycana, Gürcüstana və Qara dəniz vasitəsilə Ukraynaya və digər yerlərə çatdıran Transxəzər marşrutunun inkişafını nəzərdə tutur. “Укрзализныця” Avropa İttifaqı ölkələrinə çatdırılan yüklərin həcminin təxminən üçdəbirini öz ərazisindən nəql etməyi düşünür.