Yaponiya koronavirusla mübarizədə daha sərt qərarlar qəbul etməyə başlayıb.
"Kommersant.az" xəbər verir ki, bu gündən Yaponiyada fövqəladə vəziyyət elan olunub.
Hökumətin bu qərarını Baş nazir Abe Şinzo açıqlayıb. Yaponiya hökumətinin başçısı fövqəladə vəziyyət rejiminin mayın 6-na qədər davam edəcəyini bildirib.
Qeyd edək ki, bu günə kimi Yaponiyada koronavirusdan 195 nəfər ölüb. Virusa yoluxanların sayı isə 9 min 800 nəfərdir.