“Xarici ölkələrdə yaşayanlar çarter reyslərlə Azərbaycana gətiriləcək”.
"Kommersant.az"-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, bu zaman ölkəyə uçuş bileti əlində olanlar, azyaşlı uşağı olan ailələr ilk olaraq nəzərə alınacaq: "AZAL və "Buta" vasitəsilə uçuşlar həyata keçiriləcək. May ayı ərzində Azərbaycandan beynəlxalq uçuşların açılması gözlənilmir. Yalnız xüsusi çarter reyslər və beynəlxalq daşımalar həyata keçiriləcək".