USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-ə yaxın artırıb

17.04.2020 İqtisadiyyat
0 0
Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 47 743,3 milyon ABŞ dolları təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bunun 86,6%-i və yaxud 41 349,5 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13,4%-i və yaxud 6 393,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 838 milyon ABŞ dolları və yaxud 3,7% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 973,8 milyon ABŞ dolları və yaxud 4,55% azalma, AMB-nin valyuta ehtiyatlarında isə 135,8 milyon ABŞ dolları və yaxud 2,2% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 691,4 milyon ABŞ dolları və yaxud 3,7% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 076,2 milyon ABŞ dolları və yaxud 2,7%, AMB-nin valyuta ehtiyatları isə 615,2 milyon ABŞ dolları və yaxud 10,65% artım nümayiş etdirib.

ARDNF-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)

AMB-nin
valyuta ehtiyatları
(milyon ABŞ dolları)

Azərbaycanın
valyuta ehtiyatları
(milyon ABŞ dolları)

01.04.2020

41 349,5

6 393,8

47 743,3

01.01.2020

43 323,3

6 258,0

49 581,3

01.10.2019

42 524,4

6 034,1

48 558,5

01.07.2019

42 463,7

5 939,4

48 403,1

01.04.2019

40 273,3

5 778,6

46 051,9

  • Əvvəlki

    Tbilisidəki teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0