USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirus daha 4 orqanı sıradan çıxarır

17.04.2020 İqtisadiyyat
0 0
Dünya alimləri koronavirusla bağlı yeni araşdırmalar aparıblar.

"Kommersant.az" xəbər verir ki, çinli və amerikalı mütəxəssislər Covid-19-un təkcə ağciyərə deyil, ürək, böyrək, qaraciyər və bağırsaqlara da ziyan vurduğunu aşkar ediblər. Bundan əvvəl isə koronavirusun beyin və sinir sisteminə ciddi xəsarət yetirdiyi bildirilmişdi.
Bundan başqa, virus ürək əzələlərinin iltihabına və ani ürək dayanmasına səbəb olan ritm pozulmasına gətirib çıxarır.

Alimlər, həmçinin, pandemiyadan sonra dünyada əqli inkişafla bağlı ciddi problem yaşanacağını proqnozlaşdırırlar.