USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bütün işsizlər bu tarixə qədər 190 manatı alacaq” - NAZİR PREZİDENTƏ SÖZ VERDİ

17.04.2020 İqtisadiyyat
0 0
"Ayın sonuna qədər birdəfəlik ödəmə veriləcək şəxslərin gündəlik rəqəmini 25-30 minə çatdırarıq. Çalışacağıq ki, bu ayın sonu-mayın əvvəlində 600 min insanın hər biri bu vəsaiti ala bilsin”.

"Kommersant.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, əsas sual vəsaitin götürülməsi ilə bağlıdır:

"Çünki gün ərzində ödəniş həddindən artıq çox olanda istənilən şəkildə bank və poçt şöbələrində vətəndaşların müraciəti və sıxlığı yarana bilər. Ona görə bunu aidiyyəti dövlət qurumu ilə tənzimləməyə çalışdıq. Bu gün əsas yük poçt şöbələrinin üzərinə düşüb".

S.Babayev hesab edir ki, ən gec mayın ilk həftəsinə qədər bütün vəsaitlər vətəndaşlara çatdırılacaq: "İkinci ödənişin də böyük hissəsi də köçürmə yolu ilə həyata keçsə işlər daha sürətli ola bilər".

  • Əvvəlki

    Dövlət başçısından - SƏRT XƏBƏRDARLIQ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0