USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şok görüntülər gecə Bakıda çəkilib... - VİDEO

17.04.2020 İqtisadiyyat
0 0
Abşeron rayon sakini Əbülfət Məmmədov 16.04.2020-ci il tarixdə polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi "BMW” markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib.

DİN-dən verilən məlumata görə, daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin 17.04.2020-ci il tarixdə saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-patrul xidməti inspektorları tərəfindən ona saxlama barədə işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus "Fiat Doblo" markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra saat Nərimanov rayonu ərazisində hərəkətdə olan "Hyundai" markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində "Hyundai" markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu "Montin" qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobilin əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.
Qeyd edək ki, sürücü saxalanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücüm etməyə cəhd edib. Lakin polis əməkdaşların çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib. Araşdırma zamanı Ramazan Ağabəyovun aqaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Onu da qeyd edək ki, Ramazan Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları Təhlükəsiz Şəhər Kameraları vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Əvvəlki

    “Bütün işsizlər bu tarixə qədər 190 manatı alacaq” - NAZİR PREZİDENTƏ SÖZ VERDİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0