USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Minlərlə insan 190 manat aldı, SMS gələcək

18.04.2020 İqtisadiyyat
0 0
İşsiz kimi qeydiyyata alınan şəxslərdən daha 25 min nəfəri üçün birdəfəlik vəsait aidiyyəti üzrə köçürülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Kommersant.az"-a verilən məlumata görə, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Onlar evdən çıxmaq üçün müvafiq qaydada icazə aldıqdan sonra, mesajda "Azərpoçt" MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz şəxslərə aprelin 9-dan başlayaraq birdəfəlik ödəmələrin verilməsinə başlanıb. Hər gün bu proses davam etdirilir və artıq 165 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin edilib. Ödənişlər qarşıdakı günlərdə də davam edəcək.

  • Əvvəlki

    Gürcüstanda fövqəladə vəziyyət mayın 10-dək uzadıldı - RƏSMİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0