USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda metro fəaliyyətini bərpa edir?

18.04.2020 İqtisadiyyat
0 0
Əhalinin sağlamlığının, təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılıb.

"Kommersant.az" xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıran Bakı Metropoliteni 2 gün sonra fəaliyyətini bərpa etməlidir.

Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov bildirir ki, hazırda metronun 2 gün sonra fəaliyyətini bərpa etməsi sual altındadır.

"O səlahiyyət Nazirlər Kabinetindədir. Operativ Qərargah hansı qərarı versə, biz ona əməl edəcəyik. Hələ ki, bununla bağlı bizə hər hansı tapşırıq verilməyib", – deyə Bəxtiyar Məmmədov bildirib.

Lakin xüsusi karantin rejiminin uzadılacağı təqdirdə metronun fəaliyyəti hələ bir müddət də mümkünsüz kimi görünür.