USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İş günlərinin sayı ilə bağlı - TƏKLİF

18.04.2020 İqtisadiyyat
0 0
Azərbaycanda iş və ya istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayının 7 günlə məhdudlaşdırılması təklif edilir.

"Kommersant.az"-ın məlumatına görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında əksini tapıb.

Sənəddə qeyd edilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər: "Bu halda iş və istirahət günlərinin ardıcıl olmasını təmin etməklə yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqət alınmalıdır. Bu məqsədlə həmin Məcəllənin müvafiq maddəsinin 7-ci hissəsinə "iş və ya istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayı 7 gündən artıq ola bilməz" cümləsinin əlavə edilməsi zəruridir".

  • Əvvəlki

    “Aprelin sonunadək 600 min nəfər birdəfəlik yardımı ala biləcək”

Digər xəbərlər