"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (ASK) Müşahidə Şurasına daha 3 üzv təyin edilib.
"Kommersant.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının Elman Rüstəmov ASK-nın rəhbərliyinə gətirilib.
Şuraya Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov rəhbərlik edir.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.