USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Dövlətin pulları elə-belə xərclənməməlidir" - NAZİR MÜAVİNİ

09.06.2018 İqtisadiyyat
0 0
"Düşünürəm ki, dövlətin pulları elə-belə xərclənməməlidir və dəqiq strategiyalar olmalıdır. Azərbaycanda dövlət vəsaitinin hara xərclənməli olduğu dəqiq bilinir və bu, öz nəticəsini verməməkdədir"

"Kommersant" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti çərçivəsində keçirilən "İqtisadi azadlıq " panelində deyib.

S.Məmmədov bildirib ki, Azərbaycan beynəlxalq qlobal iqtisadiyyata inteqrasiya üçün çalışır: "Bu istiqamətdə Azərbaycan çoxtərəfli ticarət sazişlərini imzalamağa çalışır və biznes dairələri üçün lazım olan münbit şərait yaradılır: "Bu islahatların köməyi ilə Azərbaycanın mövqeyi irəliləyib 65-ci yerdən 57-ci yerə qədər qalxıb. İqtisadiyatın diversifikasiyası Azərbaycan üçün çox önəmlidir. Buna görə də islahatlar davam etdiriləcək".

S.Məmmədov qeyd edib ki, insan kapitalına önəm verilməsə, iqtisadiyyat inkişaf etməz: " Eləcə də, qaz və enerji təchizatı sahəsini inkişaf etdirə bilməsək, sahibkarlıq da inkişaf etməz".

Hökumətlərə beynəlxalq maliyyə kooperasiyalarından kredit alanda məsləhət verən Fred MakMahon iqtisadi azadlıq, oyunçuların bazara daxil olması üçün bərabər şərait yaradılmasının vacib olduğunu deyib: "Məhsulların, innovasiyaların artırılması lazımdır. Azərbaycanda sülh və insanların rifah halının artırılması üçün çox gözəl potensial var. Azərbaycan nəyə nali olubsa, bu, çox böyük qələbədir. Ancaq dünyada azad rəqabəti təmin etmək üçün qanun aliliyinin təmin edilməsi kimi çağırış var. Hamı üçün açıq qanuni bazarın olması önəmlidir".

Londonda iqtisadi məsələlər institutunda beynəlxalq ticarət və rəqabət bölməsinin direktoru Şanker Sinqham bildirib ki, iqtisadi azadlıq üçün açıq ticarət, rəqabət, əmlak hüquqlarının müdafiəsi təmin olunmalıdır.