USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azəriqaz borcunu ödəməyə bilməyən universiteti məhkəməyə verildi

20.04.2020 İqtisadiyyat
0 0
Təbii qaza olan borcunu ödəməyən universitet məhkəməyə verilib.

"Kommersant.az" Musavat.com-a istinadən xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Dövlət Universitetini (SDU) məhkəməyə verib. Buna səbəb universitetin təbii qazdan istifadəyə görə yaranmış 1528 manat borcunu ödəməməsi olub.

"Azəriqaz" iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra universitet borcu tam olaraq ödəyib.

Bundan sonra "Azəriqaz"ın nümayəndəsi mülki iş üzrə iddia tələbindən imtina olunduğunu bildirib və məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini, məhkəməyə müraciət olunarkən ödənilmiş 30 manat rüsum və 40 qəpik xidmət haqqının universitetdən onların xeyrinə tutulmasını istəyib.

Sumqayıt Dövlət Universitetinin nümayəndəsi buna etiraz etməyib.

Məhkəmə "Azəriqaz" İctimai Birliyinin xeyrinə qərar çıxarıb.

  • Əvvəlki

    Türkiyədə koronavirusdan ölənlərin sayı 2 mindən çoxdur

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0