USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

190 manatı almaq üçün daha bir - QAYDA

20.04.2020 İqtisadiyyat
0 0
Əgər siz işsiz kimi qeydiyyat üçün müraciət etmisinszə, bundan sonra müraciət edən şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat işaxtaranın elektron kabinetində yerləşdirilir və mobil nömrəsinə SMS göndərilir ki, "siz MAS-da iş axratan kimi qediyyata alınmısınız. Vakansiya bankından münasib vakansiyalara müraciət edə bilərsiniz. 1 il günü ərzində özünüzə münasib iş seçərək təsdiq etməyiniz təklif olunur. Əks halda 5 iş günü ərzində sizə uyğun iş seçilərək təqdim olunacaq". İşaxtaran kimi qeydiyyata alınmış şəxsə Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi və ya göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur, onun fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, şəxsi kabinetinə yerləşdirilir və 5 iş günündən sonra müraciət edən şəxsə işsiz statusu verilir. İşsiz statusu veriləndən sonra isə ona birdəfəlik yardım verilməsi üçün şərtlər araşdırılır, əgər aşağıdakı şərtlərdən heç biri pozulmursa onda ona 190 manat birdəfəlik yardım ödənilməsi barədə qərar qəbul edilir.

Şərtlər:

ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin üzvlərinə;
• əmək pensiyaçılarına;
• aylıq müavinət alanlara;
• aylıq təqaüd alanlara;
• özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
• işsizlikdən sığorta ödənişi alanlara;
• peşə hazırlığına görə təqaüd alanlara;
• 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya (KTS) almış şəxslərə;
• əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
• əri və ya arvadı ÜDSY və ya KTS alan şəxslərə.


Qubad İbadoğlu

İqtisadçı

  • Əvvəlki

    Təbii və saxta balın fərqi: saxta məhsul hansı fəsadlar yaradır?

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0