İtaliyada son sutka ərzində yeni koronavirus xəstəliyinin səbəb olduğu fəsadlardan ölənlərin sayı 433 nəfər təşkil edib.
"Kommersant.az"-ın məlumatına görə, bu barədə İtaliya Mülki Müdafiə Departamenti bildirib.
Beləliklə, ölkədə pandemiya qurbanlarının ümumi sayı 23,660 nəfərə çatıb.
Sağalanların sayı 47 min nəfəri keçib, son sutkada 2 128 nəfər sağalıb.
Pandemiyanın başlanğıcından bu günə qədər yoluxanların ümumi sayı 178 972 nəfərə çatıb, sutkada yeni koronavirusa yoluxma hallarının sayı 3 mindən çox artıb (3 047 nəfər).