USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada yaşayan azərbaycanlılara MÜRACİƏT: Vətənə dönmək üçün...

20.04.2020 İqtisadiyyat
0 0
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.

Bu barədə XİN-dən bildirilib.

Məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb.

Qeyd edilib ki, Rusiya ərazisində müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız www.evegedirem.info internet səhifəsində qeydiyyata düşməklə elektron növbə ardıcıllığına yazılacaq və beləliklə də onların Azərbaycana geri dönüşü prosesinə köməklik göstəriləcək.

Bu ilin 18 aprel tarixindən başlayan qeydiyyat 23 aprel tarixi Moskva vaxtı ilə saat 00.00-dək davam edəcəkdir.

Portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcəkdir.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı vətəndaşlarının sərhəd keçid məntəqələrinə gedib gözləmələrinə heç bir lüzum yoxdur və yuxarıda qeyd olunan internet səhifəsində qeydiyyatdan keçən vətəndaşlara ölkəyə geri qayıtmaları ilə bağlı telefon zəngləri vasitəsilə öncədən məlumat veriləcəkdir.

Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş karantində yerləşdiriləcəkdir.

  • Əvvəlki

    Bankların AMB-yə 2 həftəlik vəsait yatırımında marağı kəskin artıb

Digər xəbərlər