USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ali və peşə təhsili müəssisələrinin vəzifələri artırıldı

21.04.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə və "Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ali və peşə təhsil müəssisələrinin vəzifələri artırılıb.

Ali təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə və "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulacaq. Eyni zamanda peşə təhsili müəssisəsi də "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə və "Şagird-məzun" dövlət elektron məlumat sisteminə qoşulacaq.

Həmçinin bundan sonra peşə təhsili müəssisəsi təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə yanaşı, habelə təhsilalanları dərsliklərlə pulsuz təmin edəcək.

  • Əvvəlki

    Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

Digər xəbərlər