USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan məhsullarını Rusiya şirkətləri satacaq

09.06.2018 İqtisadiyyat
0 0
Rusiyalı iş adamları şəmkirli sahibkarlarla əməkdaşlıqda maraqlıdırlar

"Kommersant" xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətində Rusiya Federasiyasından olan iş adamları ilə görüş keçirilib.

Görüşdə "Belarus istehsalat şirkəti" MMC-nin icraçı direktoru Məzahir Yusifov, Kuban "SİB Frukt" kompaniyasının direktoru Diomid Babich və Şəmkir rayonundan olan yerli sahibkarlar iştirak ediblər.

Rusiyalı iş adamları da öz növbəsində Şəmkirdə olmaqdan məmnun olduqlarını bildirib və rayona səfərləri barədə ətraflı məlumat veriblər.

Kuban "SİB Frukt"un fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən qonaqlar yerli sahibkarlarla əməkdaşlıq edə biləcəklərini xüsusi vurğulayıblar.

Yerli sahibkarlara əməkdaşlığa maraqlı olduğunu deyən rusiyalı iş adamı Diomid Babich Rusiya Federasiyasının Novosibirsk bölgəsində Şəmkir istixanalarında yetişən məhsulların satışını təmin etmək məqsədilə yeni əlaqələrin qurulmasını da təklif edib.

Daha sonra qonaqlarla yerli sahibkarlar arasında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra rusiyalı iş adamları sahibkar Tahir Hüseynovun soyuducu anbarı və istilikxanaları ilə tanış olublar.