USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Onlar 110 milyon dollar maaş alacaqlar

21.04.2020 İqtisadiyyat
0 0
Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq üçün idmançılara təqaüd verilməsini davam etdirəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, bu qərar olimpiya həmrəyliyi çərçivəsində 185 milli olimpiya komitəsindən ümumilikdə 1600 idmançıya şamil olunub: "İdmançılara dəstək davam edəcək. 2021-ci ilə qədər ödəniləcək ümumi məbləğ 110 milyon ABŞ dolları təşkil edir".

Olimpiadaya hazırlaşan Azərbaycan idmançıları da bu imkandan yararlana biləcəklər. Bu il 24 iyul - 9 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək Oyunlar avqustun 8-dək davam edəcək. (Sportinfo.az)

  • Əvvəlki

    Azərbaycanda koronavirusla bağlı ümumi - STATİSTİKA

Digər xəbərlər

08.01.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
08.01.2025 İqtisadiyyat
Dünya bazarlarında neftin qiyməti artdı
0 0
07.01.2025 İqtisadiyyat
Azərbaycanda yeni rüsumlar təsdiqləndi
0 0