USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İspaniyada fövqəladə vəziyyət rejimi ilə bağlı qərar qəbul olundu

23.04.2020 İqtisadiyyat
0 0
İspaniya Konqresi COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-na qədər uzatmaq haqqında hökumətin təklifini bəyənib.

"Kommersant.az"-ın Pravda.az-a istinadla xəbərinə görə, iclasda 300-ə yaxın millət vəkili onlayn səs verib.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət müddəti üçüncü dəfə uzadılıb.

İspaniya koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən biridir. İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 208 389 yoluxma, 21 717 ölüm halı qeydə alınıb, 85 915 xəstə sağalıb.