USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada koronavirusa yoluxanların sayı 74 min nəfərə yaxın artıb

23.04.2020 İqtisadiyyat
0 0
Dünyada yeni koronavirusa yoluxanların sayı 74 min nəfərə yaxın artıb, bu da əvvəlki gündən 9 min nəfər azdır. Təsdiq edilmiş ölüm hallarının sayı 24 saat ərzində 6 mindən çox artıb ki, bu da əvvəlki gündən min nəfər çoxdur.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat bülletenində bildirib.

Dünyada 2 471 136 yoluxma və 169 006 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 73 920, ölənlərin sayı isə 6 058 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 219 486 yoluxma və 109 952 ölüm halı. Sutkada orada yoluxanların sayı 32302, ölənlərin sayı isə 3618 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə yoluxanların sayı 925 291 nəfərə, ölənlərin sayı isə 44 775 nəfərə çatıb. Bu bölgə sutkada yoluxların (32172) və ölənlərin (2089) sayına görə Avropadan sonra gəlir.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Aprelin 22-nə olan məlumata görə, orada 139,349 nəfər yoluxub və 6326 ölüm halı aşkar edilib.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (776 907), İspaniyada (204 178), İtaliyada (183 957), Almaniyada (145 694), Böyük Britaniyada (129 048), Fransada (116 151), Türkiyədə (95 591), İranda (84 802), Çində (84 287) və Rusiyada (57 999) qeydə alınıb.

  • Əvvəlki

    Naxçıvanda Dövlət Sığorta Xidməti yaradıldı

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0