Rusiyada koronavirusa yoluxanların sayında təkrar artım müşahidə olunub.
"Kommersant.az" xəbər verir ki, virusa yoluxanların sayında ötən günlə müqayisədə 20 faiz artım müşahidə olunub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 24 saat ərzində 5 min 849 nəfər epidemiya ya yoluxub. Dünən isə bu rəqəm 4 min 774 olub. Beləliklə, COVİD-19 daşıyıcılarının sayı 68 min 622 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada bugünədək 615 nəfər koronavirus səbəbilə həyatını itirib.