Ötən gün ABŞ-ın Nyu York ştatında koronavirusdan ölənlərin sayı 422 nəfər təşkil edib ki, bu da bir gün əvvəlkindən 16 nəfər azdır.
"Kommersant.az"-ın məlumatına görə, bu barədə ştat qubernatoru Endryu Kuomo bildirib.
"Ölənlərin sayı 422-dir. Bu yenə də dəhşətli xəbərdir, say azalır, amma yenə də qorxuncdur",- E.Kuomo deyib.
Nyu-Yorkda koronavirus qurbanlarının sayına görə rekord bir gündə 799 nəfərin öldüyü aprelin 8-i olub, qurbanlarının ümumi sayı 15 min nəfəri keçib. Ştatda gündəlik koronavirusa orta hesabla 1300 yoluxma halı aşkarlanır.