USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbələriniz bu halda ləğv oluna bilər - "ASAN xidmət"-dən açıqlama

27.04.2020 İqtisadiyyat
0 0
“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu zamanı bəzi məqamlara aydınlıq gətirilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirilib.

Qeyd olunub ki, əldə olunan onlayn növbə ilə bağlı müəyyən olunan vaxtda vətəndaşların xidmət pəncərəsinə yaxınlaşmadığı təqdirdə onların növbəsi ləğv edilir və bərpası mümkün olmur.

Eyni zamanda hazır sənədlərin götürülməsi üçün öncədən növbə almağa ehtiyacın olmadığı vurğulanıb.

Dövlət Agentliyi növbə götürən vətəndaşlara müvafiq mərkəzə 15 dəqiqə tez gəlməyi tövsiyə edib.

Qeyd edək ki, aprelin 27-dən "ASAN xidmət" mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayıb.

  • Əvvəlki

    Sahil Babayevdən yeni - TƏYİNAT

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0