"Mayın 4-dən sonra vəziyyətə uyğun olaraq addımlar atılacaq və o zaman bərbərlər, gözəllik salonlarının fəaliyyətinə icazə verilə bilər".
"Kommersant.az"-ın xəbərinə görə, bunu respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur. "Karantin rejimi mərhələ-mərhələ yumşaldıqca daha çox fəaliyyət sahələrinə icazə veriləcək. Vəziyyət araşdırılacaq və vəziyyətə uyğun addımlar atılacaq. Ondan sonra daha hansı sahələrə veriləcəyi müəyyənləşəcək. Əgər vəziyyət asılı olaraq qərar veriləcək"- baş infeksionist bildirib.ölkə.az