USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metro istifadəçilərinə şad xəbər - AÇIQLAMA

28.04.2020 İqtisadiyyat
0 0
Karantindən sonra koronavirus təhlükəsinə görə metrodan istifadə etməyə qorxan sərnişinlər heç də narahat olmasınlar. Çünki təhlükənin qarşısının alınması məqsədi ilə Bakı metrosunda hazırlıq işləri görülür.

"Kommersant.az" xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, hazırda bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirib:

"İşlərin qurulması və aparılmasında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur.

Hazırda metropolitendə infrastrukturun qorunması, tunel və avadanlıqların sağlamlığının təmin edilməsi, texnoloji proseslərin, texniki istismar qaydalarının tələblərinə müvafiq qaydada təmin edilməsi işləri müntəzəm aparılır".

Bəxtiyar Məmmədov onu da bildirib ki, metro Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından sonra fəaliyyətini bərpa edəcək.

  • Əvvəlki

    Azərbaycanda koronavirusa yoluxan polislərdən xəbər var - RƏSMİ

Digər xəbərlər

07.01.2025 İqtisadiyyat
Azərbaycanda pul bazası artıb
0 0
07.01.2025 İqtisadiyyat
FED-in sədr müavini Barr istefa verəcək
0 0
07.01.2025 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
07.01.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0