USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ləğv edildi - Tibb işçilərinin NƏZƏRİNƏ

29.04.2020 İqtisadiyyat
0 0
Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.

Bu barədə "Kommersant.az"-a Səhiyyə Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronovirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, ölkə ərazisində virusun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bunu nəzərə alaraq, may ayı üçün tərtib olunmuş imtahan cədvəlinin yenidən işlənilib hazırlanması məqsədilə, həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub: " Yeni imtahan cədvəli hazırlandıqdan sonra imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək".

Nazirlikdən həmçinin bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 27-dən xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilib. Eyni qayda ilə sertifikasiya imtahanlarında iştirak da könüllü olaraq keçiriləcək.

  • Əvvəlki

    Karantin yumşaldıldı: Rayon qeydiyyatında olanlar Bakıya qayıda biləcək - PLAN

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0