USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda Nəqliyyat sərgiləri keçirilir

11.06.2018 İqtisadiyyat
0 0
Bu gün Bakıda 17-ci Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika, eləcə də 8-ci Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgilərinin açılışı keçirilib.

"Kommersant" xəbər verir ki, mərasimdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan hökuməti ölkədə təhlükəsiz nəqliyyat sisteminin yaradılmasına, logistikanın inkişaf etdirilməsinə böyük önəm verir:

"Azərbaycan bu sahədə bir sıra layihələrin təşəbbüskarı və icraçısıdır. "Hazırda ölkə üzrə daşımaların 90%-i avtomobil nəqliyyatının payına düşür. Bu baxımdan sərnişinlərə xüsusi diqqət göstərilməlidir",- deyə nazir qeyd edib.

R.Quluzadə həmçinin Bakı-Tbilisi-Qars layihəsinin önəmindən danışıb: "Bu layihə region üçün xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgənin ən əhəmiyyətli nəqliyyat kompleksidir".

Report