USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ödəmələr çalışdğı qurum deyil, nazirlik ödəyəcək: 100-150 AZN

01.05.2020 İqtisadiyyat
0 0
Azərbaycanda “fəxri” adlara laiq görülmüş şəxslərin aylıq təqaüdü çalışdığı qurum deyil, nazirlik tərəfindən ödəniləcək.

Bununla bağlı Azərbaycan Prezidenti 1 may 2020-ci il tarixdə sərəncam imzalayıb.

2005-ci il fərmanla, müəyyən edilirdi ki, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Lakin, yeni sərəncamla bütün aylıq ödəniş öhdəliyi ƏƏSMN-ə ötürülüb.

Xatırlatma!

Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manat müəyyən edilib.