USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əcnəbilərlə bağlı qərar verildi

01.05.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək.

"Kommersant.az"-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.