USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu şəxslərə əlavə pul veriləcək - RƏSMİ

01.05.2020 İqtisadiyyat
0 0
Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

"Kommersant.az"-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə (III oxunuş) təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.