USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mayın 4-dən sonra bu müəssisələr açıla bilər - AÇIQLAMA

01.05.2020 İqtisadiyyat
0 0
Azərbaycanda koronavirusa görə elan olunmuş karantin rejim mayın 4-nə kimi uzadılıb. Bu gün hər kəsi maraqlandıran məsələ mayın 4-dən sonra yumşalma olacaqsa, hansı müəssisələrin açılaması mümkündür?

Bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, cənab prezident tərəfindən zamanında atılan addımlara görə bu gün ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısı alındı: "Zamanında atılan addımlar sayəsində ölkəmizdə koronavirusa yoluxanların sayı azalmaqdadır. Amma biz bundan arxainlaşmamalıyıq. Məsləhət görərdim ki, insanlarımız sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər. Mayın 4-dən sonra karantin rejimində yumşalma olsa, insanların sıx toplaşmadığı və fərdi qaydada xidmət edən müəssisələri açmaq olar. Düşünürəm ki, insanların sıx toplaşdığı ticarət mərkəzləri, təhsil müəssisələri, gözəlik salonları, stamaloji kabinetlər, restoran və kafelər ən sonda açılmalıdır. Çünki bu müəssisələrin birdən-birə açılması ölkəmizdə koronavirusa yoluxanların sayını artıra bilər. Əgər yoluxanların sayı artarsa bu pandemiyanın ikinci dalğasının başlamasına səbəb ola bilər. Ona görə də vətəndaşlarımıza məsləhət görərdim ki, zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar. Bundan əlavə insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etsinlər".

Sonxəbər