Rusiyanın İnşaat naziri Vladimir Yakuşev və Dmitri Volkov koronavirusa yoluxub.
"Kommersant.az"-ın xəbərinə görə, bu barədə nazirliyin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, hər ikisi xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən gün Rusiyanın Baş Naziri Mixail Mişustində də yeni növ koronavirus infeksiyası aşkarlanıb. Baş nazir bu barədə prezident Vladimir Putinlə videobağlantı zamanı bildirib.