Koronavirus dönəmində aztəminatlı ailələrə kömək məqsədilə verilməsi nəzərdə tutulmuş 190 manatlıq ödəmələrlə bağlı söz-söhbətlər səngimək bilmir.
"Kommersant.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi olaraq birdəfəlik ödəmə verilmiş vətəndaşların sayını ictimaiyyətə açıqlayır. Eyni zamanda, 190 manatlıq ödəmə verilməsindən imtina edilmiş müraciətlərin sayı elan edilir, imtina səbəbləri barədə məlumatlar çatdırılır.
Qeyd etmək lazımdır ki, vətəndaşların məsələ ilə bağlı şikayətləri də tez-tez gündəmə gəlir. Bəziləri əsassız olaraq ona pul verilməsindən imtina edildiyini deyir, bəziləri göstərilən arqumentlərin, əslində, ona aid olmadığını, yanlışlığa yol verildiyini bildirir.