ABŞ-da koronavirusa qarşı daha bir dərmandan istifadə ediləcək.
"Kommersant.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.
Tramp bildirib ki, ABŞ-ın tibbi tənzimləyiçisi FDA "Gilead" şirkətinin koronavirusa qarşı remdesivir preparatından istifadəni bəyənib: "Bu, koronavirusla xəstəxanaya yerləşdirilmiş pasiyentlər üçün müalicənin əhəmiyyətli vasitəsidir".
Qeyd edək ki, Remdesivir antivirus preparatı Ebolaya qarşı mübarizə çərçivəsində hazırlanıb, amma öz effektivliyini sübut etməyib. O, daha sonra SARS və MERS infeksiyalarının müalicəsi zamanı effektli olub.
Preparatı ABŞ-ın "Gilead Sciences" bioəczaçılıq şirkəti istehsal edir. Onun kliniki sınaqları hazırda alimlərin beynəlxalq qrupu tərəfindən ağır xəstələrin müalicəsi üçün keçirilir.
Qeyd edək ki, bu günlərdə "Bloomberg" "Gilead Sciences Inc." preparatının COVID-19 pasiyentlərinə təsir göstərdikdən sonra müalicə üçün təsdiqini və ya genişləndirilmiş istifadə formasını alacağı barədə məlumat yayıb.