USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadçı: “Guya hökumət riskləri düzgün planlaya bilir ki?”

02.05.2020 İqtisadiyyat
0 0
4 banka inzibatçı təyin edilməsindən neçə gün keçir, hələ də açıqlama verən bir rəsmi qurum yoxdur ki, orda olan depozitlərin hansı hissəsi əhalinin, hansı hissəsi biznesindir. Biznesin cari hesablarda, uzunmüddətli depozit hesablarında, hesablaşma hesablarınd nə qədər pulu batdı. Böhran vaxtı bu da sahibkarın qazancı.

Bütün dünya sahibkara dövlət dəstəyinin hər formasından maksimum göstərir, bizdə də banklar bağlanır sahibkarlar yüz milyonlarla manat itirir. Bu suala da cavab verən yoxdur ki, ən azından biznesin cari və hesablaşma hesabındakı vəsaitlərin sığorta mexanizmi niyə olmasın?

Mərkəzi Bankın rəhbəri də çıxıb buna təəssüfünü ifadə edir. Min təəssüf bir borcu ödəmir. Sahibkarlara pulun ən lazmlı olduğu vaxtda bu qədər itki. Xırda və orta biznes illərini verib o paraların qazanmaq üçün. Bəlkə də bu bank iflası özü ilə neçə xırda və orta biznesi də iflas etdirəcək.

MB sədri riskləri düzgün planlamağın vaciblyinə işarə vurur. Guya hökumət riskləri düzgün planlaya bilir ki? Planlasaydı, manat 2015-ci ildə o qədər kəskin dəyər itkisilə dünyanın qısa müddətdə ən çox dəyər itirən lider valyutasına çevrilərdimi? Bu ölkədə hökumətin risk menecmenti olsa idi, ölkə son 10 ildə ən azından 10-15% də olsa neftdən asılılığını azaldardı...

Rövşən Ağayev

İqtisadçı