USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı bulvarı açılır?

02.05.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki qərarı ilə ölkənin bir hissəsində parklara girişə icazə verilib.

"Kommersant.az"-ın xəbərinə görə, qərarda "bulvar" sözü yer aldığı üçün sosial şəbəkələrdə insanlar bunun Bakı bulvarına aid olduğu qənaətinə gəliblər. Lakin bu qərar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna aid deyil.

Bu 4 şəhər və 1 rayonda parklara, bulvar ərazisinə, istirahət mərkəzinə giriş hələ də qadağandır. Mayın 4-dən Naxçıvanda və ölkənin digər rayonlarında bulvar, park və istirahət məkanlarına giriş sərbəst olacaq.

Bu rayonlarda da parklarda və ictimai iaşə obyektlərində insanların bir yerdə 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.Qafqazinfo