USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızıl mağazaları necə fəaliyyət göstərəcək? - QAYDA

02.05.2020 İqtisadiyyat
0 0
Pandemiya dövründə geyim, kosmetika, qızıl, mobil cihazların satışına dair qaydalar müəyyənləşib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

Geyim satışı:

• Dəyişmə otaqlarından istifadə qadağandır;

Kosmetika və ətriyyat satışı:

• Nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır;

Qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti:

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri:

• Müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.