USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər 190 manat ala bilmədi - SƏBƏB

02.05.2020 İqtisadiyyat
0 0
Birdəfəlik ödəmə (190 manat) ilə bağlı müraciət edən şəxslərdən 41 min nəfərin müraciət etdiyi zaman xarici ölkədə olduğu (aidiyyəti qurumların informasiya bazasından əldə edilmiş məlumatlar əsasında) müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Qeyd edək ki, birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.

  • Əvvəlki

    Qızıl mağazaları necə fəaliyyət göstərəcək? - QAYDA

Digər xəbərlər