USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro bahalaşır

11.06.2018 İqtisadiyyat
0 0
Avro, İtaliyanın yeni maliyyə nazirinin ölkəsinin ortaq valyutaya (Avroya) bağlılığının davam edəcəyini açıqlamasının ardından bahalaşır.

"Kommersant" xəbər verir ki, Avro/dollar məzənnəsi 0.4 faiz yüksələrək 1.1812 səviyyəsinə çatıb (11:30-a olan məlumat).

İnvestorların diqqəti qlobal mərkəzi bankların bu həftə keçirəcəkləri iclaslarındadır. Fed-in Çərşənbə günü faiz artıracağı gözlənilir. Avropa Mərkəzi Bankı (AMB) tərəfindən isə Cümə axşamı günü istiqraz alışı proqramının dayandırılmasına dair bəyanat veriləcəyi gözlənilir. Yaponiya Mərkəzi Bankının (BOJ) da Cümə axşamı günü iclası keçiriləcək. Bankın iclasında hər hansı bir pul siyasəti addımı atılacağı gözlənilmir.